Bank Of Baku

Şamaxı rəsədxanası təmir olunur

Şamaxı rəsədxanası təmir olunur
# 26 yanvar 2009 11:53 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Ölkə prezidentinin sərəncamı ilə ilin əvvəlindən Şamaxı rəsədxanasında yenidənqurma işlərinə başlanılıb. Bu barədə APA-ya N. Tusi adına Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev bildirib. Onun sözlərinə görə, hələlik təmir işləri rəsədxananın baş binasında aparılır, Daha sonra isə teleskoplar yerləşən bina və yaşayış sektoru da təmir olunacaq. Ə. Quliyevin sözlərinə görə, rəsədxanaya qaz çəkiləcək, istilik və işıq sistemi yenidən qurulacaq, internetə sürətli qoşulma təmin ediləcək. Rəsədxanaya yeni teleskopların alınması gözlənilməsə də, hazırda istismarda olan 6 teleskopun cihazları Almaniya və Amerika istehsalı olan yeni cihazlarla əvəzlənəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR