Bank Of Baku

Bir qrup deputat uşaq hüquqları ilə bağlı təkliflər hazırlayıb

Bir qrup deputat uşaq hüquqları ilə bağlı təkliflər hazırlayıb
# 26 yanvar 2009 12:28 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. Milli Məclisin gənclərdən ibarət bir qrup deputatı uşaq hüquqlarının daha səmərəli qorunması ilə bağlı təkliflər hazırlayıb. Bu barədə APA-ya deputat Fuad Muradov məlumat verib. O bildirib ki, hazırladıqları təklifləri parlamentin yaz sessiyasında müzakirə olunmaq üçün müvafiq komissiyalara təqdim edəcəklər. F. Muradovun sözlərinə görə, hazırladıqları təkliflər arasında uşaqların təbii qidalanması, uşaqlar üçün verilən müavinətlərin artırılması, uşaqların məcburi əməyə cəlb olunmasının qarşısının alınması və digər məsələlər var: “Biz istəyirik ki, Azərbaycanda hər doğulan uşaq üçün dövlət tərəfindən xüsusi bank hesabı açılsın, dövlət bu hesaba hər ay müəyyən qədər vəsait köçürsün və uşaqlar 18 yaşına çatanda həmin vəsaitdən müəyyən bir problemin həllində istifadə edə bilsin. Biz uşaqlar üçün ödənən aylıq müavinətlərin də artırılmasını təklif edirik”.

F. Muradov 2009-cu il Azərbaycanda “Uşaq ili” elan olunduğu üçün irəli sürdükləri təkliflərin maraqla qarşılanacağına inandıqlarını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR