Bank Of Baku

Azərbaycanın ali məktəblərində 7111 əcnəbi tələbə təhsil alır

Azərbaycanın ali məktəblərində 7111 əcnəbi tələbə təhsil alır
# 26 yanvar 2009 14:12 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Hazırda 4000 nəfər azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrinin ali məktəblərində təhsil alır. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, onlardan 895 nəfəri dövlət hesabına oxuyur .
Ölkə prezidentinin təsdiqlədiyi “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı (2007-2015-ci illər)” çərçivəsində xarici ölkələrə təhsil almağa göndərilənlərin sayının 8 il ərzində 5000 nəfərə çatdırılması nəzərdə tutulur. Proqrama əsasən, son 2 il ərzində 199 gənc dünyanın 14 ölkəsinin 45 ali məktəbinin bakalavr, magistratura və doktorantura pillələrində iqtisadiyyat, tibb, ekologiya, kənd təsərrüfatı, İKT, sənaye və digər sahələr üzrə təhsil almağa göndərilib. Bu ölkələr ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya, Türkiyə, Yaponiya, Cənubi Koreya, İsveç, Niderland, İspaniya, Kanada və digərləridir.
Bu gün ölkəmizin ali məktəblərində təhsil alan 7111 nəfər əcnəbi tələbə dünyanın 40 ölkəsini təmsil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR