Bank Of Baku

Sabah UNİCEF-in “Dünyada uşaqların vəziyyəti” adlı hesabatı təqdim ediləcək

Sabah UNİCEF-in “Dünyada uşaqların vəziyyəti” adlı hesabatı təqdim ediləcək
# 26 yanvar 2009 14:49 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Sabah UNİCEF-in Azərbaycandakı nümayəndəliyi və Səhiyyə Nazirliyi UNİCEF-in 2009-cu ildə nəşr edilmiş “Dünyada uşaqların vəziyyəti” adlı hesabatını təqdim edəcək. UNİCEF-in Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, hesabatda inkişaf etməkdə olan ölkələrdə körpə və ana ölümü riskinin yüksək olmasından bəhs edilir, hamiləlik və doğuşla bağlı ağırlaşmalardan meydana gələn ölüm halları qeyd olunur. Hesabatda deyilir ki, bütün dünyada uşaqların yaşaması əmsalının yaxşılaşdırılması istiqamətində əldə edilən əhəmiyyətli irəliləyişlərə baxmayaraq, ana ölümünün azaldılması istiqamətində nəticələr daha az olub. Sənədə görə, ana ölümü ilə bağlı ən acınacaqlı vəziyyət Afrikadadır. Orada səhiyyə sistemlərinin zəif olması ana ölümü risklərini aradan qaldıra bilmir.
Nümayəndəlikdən bildirilib ki, UNİCEF Səhiyyə Nazirliyini ana və uşaq sağlamlığı siyasətinin və təsisat potensialının möhkəmləndirilməsində, uşaq ölümü və uşaqların zəif qidalanmasının əsas səbəblərinin aradan qaldırılması məqsədilə göstərilən xidmətlərin keyfiyyətinin artırılmasında dəstəkləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR