Bank Of Baku

Azərbaycan-Antarktida ekspedisiya qrupu Cənub qütbünə çatıb

Azərbaycan-Antarktida ekspedisiya qrupu Cənub qütbünə çatıb
# 27 yanvar 2009 08:24 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti Hüseyn Bağırovun rəhbərliyi altında ötən il dekabrın 24-də Bakıdan yola düşən Azərbaycan-Antarktida ekspedisiya qrupu yanvarın 26-da Cənub qütbünə çatmağa müvəffəq olub. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bölgədə müşahidə olunan güclü tufan və həddən artıq şaxtalı hava şəraitinə baxmayaraq, qrup Azərbaycan bayrağını və bir üzündə Heydər Əliyevin təsviri, “Fəxr edirəm ki, azərbaycanlıyam” sözləri, digər tərəfində isə prezident İlham Əliyevin təsviri, “Azərbaycan İlhamla irəli” sözləri yazılmış bürünc lövhələri yanvarın 12-də Vinson dağına, yanvarın 26-da isə Cənub qütbünə sancıb. Cənub qütbünün yaxınlığındakı Amerika bazasına dəvət olunan ekspedisiya üzvlərinə bildirilib ki, Azərbaycan ekspedisiyası islam, türk və MDB ölkələrindən Cənub qütbünə piyada, xizək və buzda yerimək üçün qırmaqlı çəkmədən istifadə etməklə çatan ilk qrupdur.

Xatırladaq ki, ilk Azərbaycan-Antarktida ekspedisiya qrupu orta temperaturu mənfi 35-40 dərəcə olan buzlu qitənin ərazisində elmi-tədqiqat işləri həyata keçirib, iqlim və meteoroloji proseslərlə bağlı 500-dən artıq müşahidə-ölçmə işləri aparıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR