Bank Of Baku

Azərbaycana gətirilməsinə icazə verilən məişət-qaz cihazlarının adları açıqlanıb

Azərbaycana gətirilməsinə icazə verilən məişət-qaz cihazlarının adları açıqlanıb
# 27 yanvar 2009 09:39 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) uyğunluq sertifikatı verilmiş məişət-qaz cihazları istehsalçılarının adlarını açıqlayıb. Bu barədə «APA-Economics»ə Komitədən məlumat verilib.
Komitə tərəfindən fiziki şəxs Mehran Mənuçehriyə «Mashhaddavam İndustrial Group» şirkətinin «Mashhaddavam» nişanlı qaz sobaları, «Adonis Co.» şirkətinin «ADONİS» nişanlı qaz sobaları, «Cahan Afrooz Manufacturing» şirkətinin «Jahan Afrooz» nişanlı qaz sobaları, «Sharegh Toos» şirkətinin «Sharegh Toos» nişanlı qaz sobaları, fiziki şəxs Əhmədov N.M-ə «Təbriz Load» şirkətinin «Adrian» nişanlı istilik sobaları, fiziki şəxs Abdinov Ş.H-yə «Tavan Gas Co.» şirkətinin qaz sobaları, fiziki şəxs Abdullayev R.M-ə «Humayunqaz» şirkətinin qaz balonları, fiziki şəxs İmamverdiyeva İ.B-ə «Qaynar Xəzər» şirkətinin istilik sobalarını ölkəyə gətirib satması üçün uyğunluq sertifikatı verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR