Bank Of Baku

Azərbaycan Avropada ən gənc dövlətdir

Azərbaycan Avropada ən gənc dövlətdir
# 27 yanvar 2009 09:43 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Hazırda ölkə əhalisinin 60 faizindən çoxunu 14-29 yaş arası gənclər təşkil edir. Azərbaycan Avropada ən gənc dövlətdir”. APA-nın məlumatına görə, bunu Azərbaycan Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri Fərhad Hacıyev deyib. O, 2 fevral - Gənclər Günü ilə bağlı bir sıra tədbirlər keçirəcəklərini bildirib. Belə ki, fevralın 2-də gənc rəssamların sərgisi təşkil olunacaq, nazirliyin nəzdində yaradılmış İctimai Şuranın iclası keçiriləcək. Həmin gün axşam isə Azərbaycan Dövlət Filarmoniyasında təşkil ediləcək təntənəli bayram tədbirində ötən il fərqlənən gənclərə diplom və mükafatlar təqdim olunacaq. Bu il Beynəlxalq Elm Olimpiadasının da Azərbaycanda keçiriləcəyi gözlənilir. Olimpiadada dünyanın 50-dən artıq ölkəsindən 12-20 yaş arası istedadlı gənclər iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR