Bank Of Baku

AMEA-da texnoparklar yaradılacaq

AMEA-da texnoparklar yaradılacaq
# 17 may 2011 11:00 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) texnoparkların yaradılmasına böyük zərurət var. Azərbaycan elmi ilə sənayeni birləşdirmək üçün belə vasitəçi funksiyası daşıyan quruma ehtiyac böyükdür”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AMEA prezidenti Mahmud Kərimov deyib. O bildirib ki, AMEA-da texnoparkların yaradılması üçün müvafiq qurumlar qarşısında təkliflər irəli sürülüb: “Böyük Britaniyadan və İsraildən olan iki ekspert artıq bununla bağlı AMEA-da olub. Ən nümunəvi texnoparklar bu ölkələrdədir. Bir müddət əvvəl AMEA-nın bir neçə işçisi texnoparklarla bağlı təcrübəni öyrənmək üçün Cənubi Koreyaya göndərilmişdi. Bu yaxınlarda AMEA-nın daha bir əməkdaşı UNESCO-nun vəsaiti ilə yenidən həmin ölkəyə göndəriləcək”.

M. Kərimov texnoparkların yaradılmasının çətin və böyük investisiya tələb edən proses olduğunu vurğulayıb: “Artıq bu istiqamətdə işlər aparılır. Texnoparklar üçün xüsusi şərait olmalıdır. Dövlət tərəfindən dəstək olsa, yəqin ki, yaxın illərdə texnoparkların yaradılmasına nail ola biləcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR