Bank Of Baku

AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı: “Azərbaycanda vətəndaşların idarəetmədə iştirakı üçün elektron parlamentin yaradılması zəruridir”

AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı: “Azərbaycanda vətəndaşların idarəetmədə iştirakı üçün elektron parlamentin yaradılması zəruridir”
# 17 may 2011 11:16 (UTC +04:00)
Bakı. Sevil Valehova-APA. “Azərbaycanda vətəndaşların idarəetmədə iştirakı, onların tələb və təkliflərinin nəzərə alınması üçün elektron parlamentin yaradılması zəruridir”. APA-nın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi Aygün Əhmədova bu fikirləri institutda keçirilən “Ümumdünya telekommunikasiya və informasiya cəmiyyəti” gününə həsr edilmiş tədbirdəki çıxışı zamanı söyləyib.

A. Əhmədova bildirib ki, vətəndaşların parlamentdə qərarlarının qəbulu prosesində iştirakının təmin edilməsi demokratiyanın əsas prinsiplərindən biridir: “Hər bir vətəndaş elektron parlament veb-saytında yeni qərar və qanun layihələri haqqında informasiyalarla tanış olmalıdırlar. Onlar həmçinin öz təklif və iradlarını bıldirmək imkanına da malik olmalıdır. Saytda parlament iclaslarının on-layn rejimdən birbaşa izlənmə sistemi də yaradılmalıdır”.

İnstitutun böyük elmi işçisi onu da qeyd edib ki, hər bir millət vəkili üçün parlament saytında fərdi bölmənin yaradılması da vacibdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR