Bank Of Baku

“Elm haqqında elm” kitabının təqdimatı keçirilib

“Elm haqqında elm” kitabının təqdimatı keçirilib
# 17 may 2011 11:17 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilovun “Elm haqqında elm” kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən AMEA prezidenti Mahmud Kərimov bildirib ki, elmi redaktoru və ön sözün müəllifi akademik Ramiz Mehdiyev olan bu kitab nəinki Azərbaycanda, bütün şərq ölkələrində elmşünaslıq sahəsində yazılmış ilk fundamental tədqiqat əsəridir. Kitab Azərbaycanda elm sahəsində aparılan islahatların vahid metodoloji təməl üzərində qurulmasına və daha optimal həyata keçirilməsinə imkan yaradır: “Azərbaycan özünün sürətli inkişaf dövrünü yaşayır. Belə olan halda elm ölkənin irimiqyaslı inkişafı və sosial sifarişlə uyğunlaşmalıdır”.

M. Kərimov deyib ki, dövlətin inkişaf strategiyasında elmə xüsusi yer verilir: “Elm adamları da dövlət quruculuğunun bütün istiqamətləri üzrə öz töhfələrini verməlidirlər. Elm sahəsində islahatlar apararkən elmşünaslığın nəzəri məsələlərindən də istifadə etmək lazımdır. Təəssüf ki, indiyə qədər Azərbaycanda bu sahə tədqiqat obyekti olmayıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR