Bank Of Baku

İçərişəhərdə ilk numizmatik ekspozisiya açılacaq

İçərişəhərdə ilk numizmatik ekspozisiya açılacaq
# 17 may 2011 11:34 (UTC +04:00)
Bakı-APA. Sabah İçərişəhərdə yerləşən Çin Məscidində Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə və 18 may - Beynəlxalq muzeylər gününə həsr olunmuş ilk numizmatik ekspozisiya açılacaq. Bu barədə APA-ya Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib. Ekspozisiyaya daxil olan sikkələr e.ə IV əsrdən - XIX əsrin birinci yarısına qədər olan böyük bir dövrü əhatə edir. Burada pula qədər istifadə olunan əmtəə mübadilə vasitələrini, Azərbaycan ərazisində yerləşən dövlətlərin və bu dövlətlərlə iqtisadi əlaqələri olan bir çox xarici dövlətlərin sikkələrini görmək mümkün olacaq. Sərgilənən sikkələrin böyük hissəsi İçərişəhərdə müxtəlif dövrlərdə aparılmış arxeoloji qazıntılar zamanı aşkar edilib. Bununla yanaşı, Azərbaycan zərbxanalarının və Azərbaycan sikkələrinin yayılma arealını göstərən iki xəritə təqdim olunacaq. “Bakının tarixi mərkəzinin konservasiyası üzrə ətraflı Baş Plan”a uyğun olaraq Çin Məscidində təmir bərpa işləri yenicə başa çatdırılıb, abidə möhkəmləndirilib və fasadı tarixi görkəminə qaytarılıb. “Şirvanşahlar Sarayı Kompleksi” yaxınlığında yerləşən Çin Məscidinin fasadı üzərində yerləşən epiqrafik kitabəyə əsasən məscid 1375-ci ildə Fəzlullah İmam Osman Şirvani oğlunun vəsiyyəti ilə inşa olunub. Xalq etimologiyasına görə, məscidin “Çin” adını alması bu məscidə gələn insanların arzu və diləklərinin çin olması faktı ilə əlaqədardır. Tədbir saat 11:00-da baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR