Bank Of Baku

Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4,6 mln. nəfərdir

Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4,6 mln. nəfərdir
# 17 may 2011 12:55 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, onlardan 4 334,6 min nəfərini iqtisadiyyatın və sosial bölmənin müxtəlif sahələrində məşğul olan əhali təşkil edib.

2011-ci ilin yanvar-mart aylarında məşğul əhalinin tərkib hissəsi olan muzdla işləyənlərin siyahı sayı 1 362,1 min nəfər, orta siyahı sayı 1 345,5 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 850,9 min nəfər, qeyri-dövlət bölməsində isə 494,6 min nəfər təşkil edib. Bununla yanaşı, iqtisadiyyatın neft sektorunda 36,7 min nəfər, qeyri-neft sektorunda 1 308,8 min nəfər, qeyri-kənd təsərrüfatı sahəsində isə 1 307,2 min nəfər çalışıb.

Cari ilin mayın 1-nə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 39,9 min nəfər olub, onların 43,2%-ni qadınlar təşkil edib. Hər bir boş iş yerinə (vakansiyaya) işsiz statusuna malik olanların 4 nəfəri düşür. İşsizliyə görə müavinətin orta məbləği 179,2 manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR