Bank Of Baku

Gürcüstan və Azərbaycan seysmoloqları birgə ekspedisiya işləri həyata keçiriblər

Gürcüstan və Azərbaycan seysmoloqları birgə ekspedisiya işləri həyata keçiriblər
# 17 may 2011 14:04 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Mayın 16-17-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) və Gürcüstanın İlya Çavçavadze adına Dövlət Universitetinin Seysmik Monitorinq Mərkəzinin əməkdaşlarının iştirakı ilə birgə ekspedisiya işləri həyata keçirilib. RSXM-dən APA-ya verilən məlumata görə, ekspedisiya işlərində Gürcüstan tərəfdən İlya Çavçavadze adına Dövlət Universitetinin Seysmik Monitorinq Mərkəzinin Seysmoloji və geofiziki şəbəkə departamentinin rəhbəri Georgi Basilaya və Seysmoloji və geofiziki şəbəkə qrupunun rəhbəri Georgi Bidzinaşvili iştirak edib. Qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsini genişləndirmək üçün növbəti aylarda Gürcüstanda AMEA RSXM əməkdaşlarının iştirakı ilə belə ekspedisiya işlərinin həyata keçirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR