Bank Of Baku

Bu il iyulun 1-dən Azərbaycanda pensiyalar 40% artacaq

Bu il iyulun 1-dən Azərbaycanda pensiyalar 40% artacaq
# 17 may 2011 14:47 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Milli Məclisin bu gün keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, layihə barədə məlumat verən parlamentin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, sənəddə 2006-cı ilin yanvar ayının 1-dək əmək pensiyasına çıxmış şəxslərin təqaüdlərinin artırılması məsələsi əksini tapıb. Qanun layihəsi qüvvəyə minəndən sonra, iyul ayının 1-dən təqribən 845 min nəfərin pensiyası 40%-ə qədər artacaq. Bunun üçün illik tələb olunan vəsaitin 390 mln. manat, cari ilin 6 ayında isə 195 mln. manat təşkil edəcəyi ehtimal olunur.

Hadı Rəcəbli qeyd edib ki, dəyişikliyə əsasən 2006-cı il 1 yanvar tarixinədək olan dövrdə pensiyaya çıxmış şəxslərin əmək pensiyaları 2006-cı il 1 yanvar tarixinə nəzərə alınmış sığorta stajının hər ili üçün 1,94 manat sığorta hissəsi müəyyən edilməklə, 2011-ci il 1 iyul tarixindən hesablanacaq.

Bu dəyişiklik dövlət qulluqçuları, hərbi qulluqçular, ədliyyə, məhkəmə, daxili işlər və prokurorluq orqanları işçilərinə şamil olunmayacaq.

Müzakirələrdən sonra qanuna əlavə və dəyişikliklər layihəsi qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR