Bank Of Baku

DSMF sədrinin müavini: “Pensiyaların orta aylıq məbləği 114 manatdan 150 manata qədər qalxacaq”

DSMF sədrinin müavini: “Pensiyaların orta aylıq məbləği 114 manatdan 150 manata qədər qalxacaq”
# 17 may 2011 15:09 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. “Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklər vətəndaşların 2006-cı il yanvarın 1-dən əvvəlki dövrdə qazanılmış pensiya hüquqlarının yeni əmək pensiyaları sisteminə inteqrasiyasının tamamlanmasına yönəldilib. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədr müavini Elman Mehdiyev bildirib.

“Pensiyaların orta aylıq məbləği hazırkı 114 manat səviyyəsindən birdən-birə böyük bir addımla 150 manata qədər qalxacaq ki, bu da 200 dollara yaxın bir rəqəmlə ifadə olunur. Əgər biz bunu paritet alıcılıq qabiliyyətinə çevirərək müqayisə etsək, MDB-də ən yüksək göstərici deməkdir”, - deyə DSMF rəsmisi vurğulayıb.

E.Mehdiyev deyib ki, bütün bunlar pensiya sisteminin əsas göstəricisi olan əvəzetmə əmsalına, yəni orta aylıq pensiyanın orta aylıq əməkhaqqına nisbətinə birbaşa təsir edəcək. Əgər orta aylıq pensiyanın orta aylıq əməkhaqqına nisbəti 2002-2003-cü illərdə 26-27%-lə ifadə olunurdusa, hazırda bu göstərici 34%-dir. Pensiyalar artırıldıqdan sonra isə 47%-ə qalxacaq. Beləliklə, bütövlükdə ölkə üzrə pensiyaların orta məbləği qəbul olunmuş öhdəliyi, yəni orta əməkhaqqının 40%-i səviyyəsini aşacaq: “Yeni qaydaların tətbiqindən sonra bugünkü minimum məbləğdə pensiya alma halı demək olar ki, tam aradan qalxacaq. Hər bir şəxsin pensiya məbləğinin minimum məbləğdən artım dərəcəsi isə onun iş stajı illərinin sayına bağlı olacaq”.

DSMF sədrinin müavini qeyd edib ki, 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin (bu qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ilədək iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il iyulun 1-dən yenidən hesablanır. Bu dəyişiklik 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərə də şamil olunacaq. Bununla da həmin illərdə pensiyaya çıxanlarla 2011-ci il yanvarın 1-dək pensiyaya çıxanların təqaüdləri arasındakı fərq bağlanacaq. Pensiyası yüksək olan şəxslərin pensiyalarında isə azalma olmayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR