Bank Of Baku

BMT Komissarı: “Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına xeyli sərmayə qoyub, bu sahədə böyük uğurlar əldə edib”

BMT Komissarı: “Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına xeyli sərmayə qoyub, bu sahədə böyük uğurlar əldə edib”
# 18 may 2011 07:03 (UTC +04:00)
APA-nın məlumatına görə, o bu gün Fəxri xiyabanda Heydər Əliyevin və Zərifə Əliyevanın məzarlarını, bunun ardınca isə Şəhidlər xiyabanını ziyarət edib.

Ali Komissar jurnalistlərə açıqlamasında səfərin əsas məqsədinin Azərbaycanda qaçqın və məcburi köçkünlərin mövcud həyat şəraiti ilə yaxından tanışlıq, Azərbaycan hökuməti ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) arasında əməkdaşlıq çərçivəsində QAK-ın nə edə biləcəyini müəyyən etmək olduğunu deyib.

Azərbaycanın qaçqınlar probleminin hələ də həllini tapmamasına münasibət bildirən qonaq bunun humanitar məsələ olması ilə yanaşı, siyasi problem olduğunu da qeyd edib: “Bu problem dövlətlər arasında yaranmış siyasi ziddiyyətlərin nəticəsi olaraq meydana çıxıb. BMT-nin qətnamələri olsa da, təəssüf ki, bu problem bu günə kimi həllini tapmayıb”.

BMT Komissarı son illər Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına xeyli sərmayə qoyduğunu, bu sahədə böyük uğurlar əldə etdiyini xüsusi vurğulayıb. O, ümid etdiyini bildirib ki, ATƏT çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində gedən danışıqlar öz nəticəsini verəcək.

Qeyd edək ki, Ali Komissar bu gün Ağdam və Yevlaxa səfər edərək, məcburi köçkünlərin həyat şəraiti ilə tanış olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR