Bank Of Baku

“Tələbələr azad sahibkarlıq fəaliyyətində” beynəlxalq proqram üzrə respublika çempionatı keçiriləcək

“Tələbələr azad sahibkarlıq fəaliyyətində” beynəlxalq proqram üzrə respublika çempionatı keçiriləcək
# 18 may 2011 07:22 (UTC +04:00)
Bakı – APA. Mayın 20-21-də Gənclər və İdman Nazirliyi (GİN) tərəfindən “Tələbələr azad sahibkarlıq fəaliyyətində (SİFE)” beynəlxalq proqram üzrə respublika çempionatı keçiriləcək. GİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, SİFE proqramı üzrə çempionatın keçirilməsində əsas məqsəd Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində gənclərin rolunu artırmaq, gənclərin sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, azad sahibkarlığın ideyasını tələbələr arasında təbliğ etmək, tələbələrin təşkilatçılıq, idarəçilik və komandada işləmək qabiliyyətlərini inkişaf etdirməkdir.

Builki çempionatda 15 komanda iştirak edir ki, onlar tərəfindən biznes, təhsil, ekologiya və sosial sahələri əhatə edən 50-dən artıq layihə icra olunacaq. Çempionatın nəticəsinə əsasən qalib gələcək komanda cari ilin oktyabr ayında Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində keçiriləcək dünya kuboku yarışına göndəriləcək.

Məlumat üçün bildirək ki, “Tələbələr azad sahibkarlıq fəaliyyətində” (students in free enterprises – (SİFE)) beynəlxalq proqramının əsası 1975-ci ildə ABŞ universitetləri tərəfindən qoyulub. Hal-hazırda 40 ölkəni təmsil edən tələbə komandaları hər il keçirilən dünya kuboku yarışlarında öz ölkələri və universitetlərini təmsil edirlər. 2006-cı ildən isə Azərbaycan komandaları da dünya kuboku yarışlarında iştirak etmək hüququnu qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR