Bank Of Baku

Polşa Sosial Sığorta Təşkilatının prezidenti Azərbaycana səfər edəcək

Polşa Sosial Sığorta Təşkilatının prezidenti Azərbaycana səfər edəcək
# 18 may 2011 08:17 (UTC +04:00)
Bakı - APA-Economics. Bu il mayın 19-22-də Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin sədri, Polşa Sosial Sığorta Təşkilatının prezidenti Zbiqnev Derdzyukun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olacaq.

Bu barədə “APA-Economics”ə Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Səfər zamanı Azərbaycanın inkişaf etmiş Avropa ölkələri ilə bir sırada üzv olduğu BSTA-nın Avropa Şəbəkəsinin yaxın gələcəkdəki fəaliyyəti, eləcə də DSMF ilə Polşa Sosial Sığorta Təşkilatı arasında gələcək əməkdaşlığı nəzərdə tutan istiqamətlərlə bağlı müzakirələr aparılacaqdır. Bundan başqa, müzakirələr zamanı sosial sığorta və pensiya təminatı sahəsindəki islahatlar, bu sferada informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, kadr potensialının inkişaf etdirilməsi, həmçinin Avropada əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan vətəndaşlarının gələcək pensiya təminatı məsələləri diqqət mərkəzində olacaq.

Səfər çərçivəsində nümayəndə heyətinin DSMF-nin aparatı və yerli şöbələrinin fəaliyyəti ilə tanışlığı, Azərbaycanın bir sıra rəsmi orqanlarında görüşlərinin keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR