Bank Of Baku

Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 28 dərəcəyə çatacaq

Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 28 dərəcəyə çatacaq
# 18 may 2011 08:56 (UTC +04:00)
Səhər zəif duman olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gecə 11-16, gündüz 22-26 dərəcə isti olacaq.

Mayın 20-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16, gündüz 22-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 19-da hava, əsasən, yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 17-22 dərəcə isti olacaq.

Mayın 20-də gün ərzində hava, əsasən, yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16, gündüz 23-28 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 17-22 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR