Bank Of Baku

İçərişəhərdə ilk numizmatik ekspozisiya açılıb - FOTO

İçərişəhərdə ilk numizmatik ekspozisiya açılıb - <font color=red>FOTO</font>
# 18 may 2011 09:11 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. İçərişəhərdə yerləşən Çin Məscidində 10 may - Heydər Əliyevin doğum gününə və 18 may - Beynəlxalq Muzeylər Gününə həsr olunmuş ilk numizmatik ekspozisiya açılıb. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis müavini Samir Nuriyev bildirib ki, ekspozisiyaya daxil olan sikkələr e.ə V əsrdən - XIX əsrin birinci yarısına qədər olan böyük bir dövrü əhatə edir. Ekspozisiyada pula qədər istifadə olunan əmtəə mübadilə vasitələrini, Azərbaycan ərazisində yerləşən dövlətlərin və bu dövlətlərlə iqtisadi əlaqələri olan bir çox xarici dövlətlərin sikkələrini də görmək mümkündür. Sərgilənən sikkələrin böyük hissəsi İçərişəhərdə müxtəlif dövrlərdə aparılmış arxeoloji qazıntılar zamanı aşkar edilib.

Qoruq İdarəsinin Elmi Mədəni Mərkəzinin arxeologiya üzrə baş elmi işçisi Qənirə Pirquliyeva isə bildirib ki, ilk dəfə olaraq pullara əsasən Azərbaycanın 2500 illik dövlətçilik tarixi öz əksini tapıb: “Nəinki Azərbaycanda, bütün Qafqaz ərazisində ən qədim pul nümunəsi e.ə. V əsrəs, Əhəmənilər dövrünə aid olan pul İçərişəhərdə, Məhəmməd Məscidi yaxınlığında aşkar edilib. Bu, çox qiymətli maddi-mədəniyyət nümunəsidir”.

Tədbirdə Azərbaycan zərbxanalarının və sikkələrinin yayılma arealını göstərən iki xəritə də təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR