Bank Of Baku

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterres Ağdam və Yevlaxda məcburi köçkün qəsəbələrində olub

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterres Ağdam və Yevlaxda məcburi köçkün qəsəbələrində olub
# 18 may 2011 11:14 (UTC +04:00)
APA-nın Qarabağ bürosunun məlumatına görə, BMT nümayəndəsi Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əi Həsənovun müşaiyyəti ilə Ağdam rayonunun Quzanlı qəsəbəsində yeni inşa olunmuş məcburi köçkün qəsəbəsinə baş çəkib, məcburi köçkünlərlə söhbət edib, qəsəbədəki orta məktəblə tanış olub.

Məcburi köçkünlərlə söhbətində A. Quterres bildirib ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığın Dağlıq Qarabağ münaqişəsini həll etməyə gücü çatmasa da, o bu problemin dünya ictimaiyyəti tərəfindən unudulmaması üçün əlindən gələni edir.

Məcburi köçkünlər BMT nümayəndəsinə üzləşdikləri problemlərdən, ermənilərin cəbhə xəttində dinc insanları öldürmələrindən danışıblar.

Daha sonra Yevlax rayonuna yola düşən nümayəndə heyəti burada məcburi köçkünlərin kompakt şəkildə yaşadığı qəsəbədə olublar. Məcburi köçkün ailəsində çaya qonaq olan A. Quterres daha sonra sakinlərlə görüşüb.

Məcburi köçkünlərlə görüşdə A. Quterres bildirib ki, sonuncu dəfə 5 il əvvəl Azərbaycanda olub. Ötən dövrdə Azərbaycan hökumətinin məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işləri yüksək qiymətləndirən A. Quterres qısa zamanda hökumətin böyük layihələr reallaşdırdığını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR