Bank Of Baku

Səməd Seyidov: “Jurnalistlərin fəaliyyəti şəffaflığa xidmət edir, nöqsanlarımızı tapıb bizə göstərin”

Səməd Seyidov: “Jurnalistlərin fəaliyyəti şəffaflığa xidmət edir, nöqsanlarımızı tapıb bizə göstərin”
# 18 may 2011 11:18 (UTC +04:00)
APA-nın məlumatına görə, Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Səməd Seyidov jurnalistlərlə söhbət zamanı bildirib ki, bu məsələdə ictimaiyyətin nəzarətindən başqa güclü bir vasitə yoxdur: “Şəffaflıq insanın beynində olmalıdır. İnsanın beynində şəffaflıq varsa, heç bir problem olmayacaq. Elə bir sistem yaradılmalıdır ki, hansısa başqa niyyətlə imtahana daxil olan və ya iştirak edən şəxs orada fəaliyyət göstərə bilməsin”. ADU rektoru bildirib ki, bu sistem tələbələr və ictimaiyyət tərəfindən yaradılmalıdır.
O, jurnalistləri də bu işdə dəstək olmağa çağırıb: “Jurnalistlərin fəaliyyəti şəffaflığa xidmət edir. Ona görə də, sız tələbələrlə, müəllimlərlə ünsiyyətdə olun, nöqsanlarımızı tapıb bizə göstərin”.

ADU-da distant təhsilin gedişinə toxunan rektor bu istiqamətdə bir sıra proqramlarla iş aparıldığını qeyd edib: “Hazırda Naxçıvan Dövlət Universiteti ilə distant təhsil aparılır. Həmin ali təhsil müəssisəsində də belə avadanlıqlar quraşdırılıb. Məsələn, alman dili üzrə müəllimləri Naxçıvana göndərmək o qədər də asan məsələ deyil. Çünki onlar bizə də lazımdırlar. Ona görə də tələbələr Naxçıvanda, müəllimlər isə burada, avadanlıq qabağında oturaraq distant dərs keçirlər”.

S.Seyidov bildirib ki, yaxın vaxtlarda Azərbaycan Milli Elmlər Akademiyasında da distant təhsil üçün lazım olan avadanlıqlar quraşdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR