Bank Of Baku

Azərbaycan Dillər Universitetində “Xarici dillərin tədrisinin aktual problemləri” adlı elmi konfrans keçirilir

Azərbaycan Dillər Universitetində “Xarici dillərin tədrisinin aktual problemləri” adlı elmi konfrans keçirilir
# 18 may 2011 11:28 (UTC +04:00)
Bakı. Sevil Valehova - APA. Azərbaycan Dillər Universitetində (ADU) “Xarici dillərin tədrisinin aktual problemləri” adlı 4-cü respublika elmi konfransı başlayıb. APA-nın məlumatına görə, konfransın açılışında çıxış edən ADU-nun rektoru Səməd Seyidov bildirib ki, dövlət və özəl ali təhsil məktəblərinin, orta məktəblərin əməkdaşlarının iştirak etdiyi konfransda 154 məruzə dinləniləcək. Konfransda “Ali məktəbdə xarici dilin tədrisinin psixoloji əsasları”, “”Ali təhsildə innovasiyalar və eksperimentlər”, “Xarici dillərin tədrisində ədəbiyyatın rolu” və sair mövzularda çıxışlar edilib.

Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru Asəf Zamanov Azərbaycanda alimlərin dil bilməmələrinin beynəlxalq inteqrasiyaya mənfi təsir göstərdiyini vurğulayıb: “Alimlərin dil bilməməsi onların əsərlərinin dünya ictimaiyyətinə çatdırılmasına problemlər yaradır. Onlar xarici dilləri nə qədər yaxşı bilsələr, o qədər də dünyanın aparıcı resurslarına çıxış imkanına nail ola bilərlər”.

Qeyd edək ki, konfrans sabah ADU-nun Heydər Əliyev adına muzey-lektoriyasında öz işini davam etdirəcək və sonda yekun sənəd qəbul olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR