Bank Of Baku

AMEA Mərkəzi Nəbatat Bağı tərəfindən “Nəbatat terminlərinin izahlı lüğəti” çap olunub

AMEA Mərkəzi Nəbatat Bağı tərəfindən “Nəbatat terminlərinin izahlı lüğəti” çap olunub
# 18 may 2011 11:35 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Nəbatat Bağı “Nəbatat terminlərinin izahlı lüğəti”ini çap etdirib. Bu barədə APA-ya bağın direktoru Oruc İbadlı məlumat verib. Onun sözlərinə görə, Azərbaycanda nəbatat terminlərinə aid lüğət sonuncu dəfə 1963-cü ildə çap olunub. 4250-dən artıq nəbatat terminin əhatə edən kitab elmi işçilər, ali məktəb tələbələri, müəllimlər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Kitabın elmi redaktoru akademik Cəlal Əliyev, redaktorları AMEA-nın müxbir üzvü Oruc İbadlı və fəlsəfə doktoru Nülufər Hüseynovadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR