Bank Of Baku

Elman Mehdiyev: “Azərbaycanda minimum məbləğdə pensiya alma halı tam aradan qalxacaq”

Elman Mehdiyev: “Azərbaycanda minimum məbləğdə pensiya alma halı tam aradan qalxacaq”
# 18 may 2011 12:09 (UTC +04:00)
APA-Economics”in məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədr müavini Elman Mehdiyev “Əmək pensiyaları haqqında” qanuna edilən dəyişikliklərə münasibət bildirərkən belə deyib.

E.Mehdiyev bildirib ki, təklif olunan dəyişiklik nəticəsində əvvəlki qaydaların şamil olunduğu bütün pensiya işləri üzrə pensiyaların yenidən hesablanması aparılacaq, nəticədə təqribən 845 min nəfərin pensiyası orta hesabla 40%-dən yuxarı artırılacaq: “Pensiyaların orta aylıq məbləği hazırkı 114 manat səviyyəsindən birdən-birə böyük bir addımla 150 manata qədər qalxacaq ki, bu da 200 dollara yaxın bir rəqəmlə ifadə olunur. Əgər biz paritet alıcılıq qabiliyyətinə çevirərək müqayisə etsək, bu, MDB-də ən yüksək göstərici deməkdir”.

DSMF rəsmisinin sözlərinə görə, bütün bunlar pensiya sisteminin əsas göstəricisi olan əvəzetmə əmsalına, yəni orta aylıq pensiyanın orta aylıq əməkhaqqına nisbətinə birbaşa təsir edəcək: “Əgər orta aylıq pensiyanın orta aylıq əməkhaqqına nisbəti 2002-2003-cü illərdə 26-27%-lə ifadə olunurdusa, hazırda bu göstərici 34%-dir, tədbir reallaşdırıldıqdan sonra isə 47%-ə qalxacaqdır. Beləliklə, bütövlükdə ölkə üzrə pensiyaların orta məbləği qəbul olunmuş öhdəliyi, yəni orta əməkhaqqının 40%-i səviyyəsini aşacaq”.

E.Mehdiyev bildirib ki, yeni qaydaların tətbiqindən sonra bugünkü minimum məbləğdə pensiya alma halı demək olar ki, tam aradan qalxacaq. Hər bir şəxsin pensiya məbləğinin minimum məbləğdən artım dərəcəsi isə onun iş stajı illərinin sayına bağlı olacaq: “Tədbirin reallaşdırılması üçün illik tələb olunan vəsaitin 390 mln. manat, cari ilin 6 ayında isə 195 mln. manat təşkil edəcəyi ehtimal olunur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR