Bank Of Baku

Prokurorluq orqanlarında işə qəbul olmaq istəyənlər üçün keçirilən test imtahanının nəticələri açıqlanıb

Prokurorluq orqanlarında işə qəbul olmaq istəyənlər üçün keçirilən test imtahanının nəticələri açıqlanıb
# 18 may 2011 13:50 (UTC +04:00)
Bakı. Sevil Valehova - APA. Bu gün prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün keçirilən test imtahanının nəticələri açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, imtahanda iştirak üçün 454 nəfərin namizədliyi qeydə alınsa da, onlardan 12 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 442 nəfərdən 299-u növbəti mərhələyə buraxılıb. Onlar 60 və daha yüksək bal toplayıblar.
E. Nağızadənin sözlərinə görə, test imtahanında yalnız iki nəfər maksimal həddə - 89 bal toplayıb. Mətbuat katibi növbəti prosesin Respublika Prokurorluğunda aparılacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR