Bank Of Baku

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Bakının Binəqədi rayonunda məskunlaşan məcburi köçkünlərlə görüşüb

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Bakının Binəqədi rayonunda məskunlaşan məcburi köçkünlərlə görüşüb
# 18 may 2011 13:54 (UTC +04:00)
Bakı. Habil Süleymanov – APA. BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterres Azərbaycana səfər çərçivəsində Bakının Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda olub. APA-nın xəbərinə görə, komissarı baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov müşayiət edib. Ə. Həsənov məcburi köçkünlərin yaşayış şəraiti, hökumətin onlara etdiyi yardımlar barədə BMT nümayəndəsinə məlumat verib. Ali Komissar məcburi köçkünləri dinləyib, onların problemləri ilə maraqlanıb.
Məcburi köçkünlər Azərbaycan hökumətinin, beynəlxalq təşkilatların gördüyü işlər barədə fikirlərini bildiriblər.
Antonio Quterresin Azərbaycana səfəri davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR