Bank Of Baku

AMEA “Xəzər Elmi Tədqiqat Mərkəzi”nin əsasnaməsini hazırlayır

AMEA “Xəzər Elmi Tədqiqat Mərkəzi”nin əsasnaməsini hazırlayır
# 18 may 2011 14:19 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) “Xəzər Elmi Tədqiqat Mərkəzi”nin əsasnaməsini hazırlayır. Bu barədə APA-ya AMEA Coğrafiya İnstitutunun direktor müavini Ramiz Məmmədov məlumat verib. O deyib ki, Əsasnamədə Xəzərin mövcud durumu ilə bağlı problemlərin hamısı nəzərə alınacaq: “Yeni yaranacaq mərkəzin əsas məqsədi Xəzərin ətraf mühitinin mühafizəsi, təbii və karbohidrogen resurslarından rasional istifadə olunması, dənizin bioresurslarının artırılması, hidrometeorologiyası və hidrofizikası, neft-qaz potensialının qiymətləndirilməsi, Xəzərdə həyata keçirilən müxtəlif layihələrin müstəqil ekspertizasının verilməsidir. Xüsusən də Xəzərin səviyyəsinin dəyişməsi və idarə olunması, çirklənməsi, ekoloji problemləri, Xəzərətrafı məskunlaşma problemləri ətraflı öyrənilməlidir. Ölkənin sosial-iqtisadi inkişafı əsasən Xəzərlə bağlıdır. Buna görə də Xəzərə məsul olan qurumun yaradılması vacibdir”.

Qeyd edək ki, ölkə prezidenti İlham Əliyevin bu il aprelin 29-da verdiyi sərəncama əsasən, AMEA Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə "Xəzər Elmi Tədqiqat Mərkəzi"nin yaradılması ilə bağlı təklifləri iki ay müddətində hazırlayıb təqdim etməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR