Bank Of Baku

Bakı şəhəri və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası ilə əlaqədar müşavirə keçirilib

Bakı şəhəri və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası ilə əlaqədar müşavirə keçirilib
# 18 may 2011 14:57 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş müşavirədə müvafiq dövlət qurumlarının, Bakı Şəhər İcra Hakimiyyətinin və yerli icra hakimiyyəti orqanlarının məsul şəxsləri iştirak ediblər.

Tədbirdə çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində Bakı şəhəri və onun qəsəbələrində elektrik enerjisi, qaz, su və kanalizasiya, istilik təchizatı sahəsində davamlı işlər aparılacaq, yolların və digər infrastruktur obyektlərinin inşası, yenidən qurulması layihələri həyata keçiriləcək, ekoloji vəziyyət daha da yaxşılaşdırılacaq, ən müasir sosial-mədəni infrastruktur obyektləri (təhsil, səhiyyə, mədəniyyət, idman, turizm və s.) tikiləcək və ya beynəlxalq standartlara uyğun yenidən qurulacaq, yeni iş yerləri və müəssisələr açılacaq, əhalinin məşğulluq səviyyəsi daha da artacaq.

Dövlət Proqramına uyğun olaraq kiçik və orta sahibkarlığa dövlət dəstəyi daha da gücləndiriləcək, ənənəvi sahələrin - zeytunçuluq təsərrüfatlarının, müasir zeytun emalı fabrikinin, istixana komplekslərinin, zəfəran təsərrüfatlarının yaradılması, üzümçülüyün inkişafına xüsusi diqqət yetiriləcək. Sənayenin inkişafı məqsədilə təkrar emal müəssisələri, eləcə də sənaye parkı yaradılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR