Bank Of Baku

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterreş Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşüb

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterreş Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşüb
# 18 may 2011 16:08 (UTC +04:00)
APA-nın məlumatına görə, Əli Həsənov bildirib ki, son illər ölkədə məcburi köçkün probleminin həll üçün bir neçə dövlət proqramı qəbul olunub, onlarla qəsəbə inşa edilib və ümumilikdə bu məqsədlər üçün 3,2 milyard dollar sərf edilib. Nəticədə məcburi köçkünlər arasında yoxsulluğun səviyyəsi 73 faizdən 23 faizə düşüb. Bu il isə qaçqınların sosial şəraitinin yaxşılaşdırılmasına büdcədən 450 milyon manat ayrılacaq.

Öz növbəsində Antonio Quterres bildirib ki, Azərbaycana səfərində məqsəd ölkəmizə yardımçı olmaq öhdəliyini bir daha təsdiq etmək və qaçqınların vəziyyətinin yaxşılaşdırılması istiqamətində Azərbaycanın uğurlu təcrübəsi ilə tanış olmaqdır. BMT rəsmisi həmçinin bildirib ki, bu sahədə Azərbaycanda böyük işlər görülüb: “Sülh müqaviləsi əldə ediləndən sonra da sizi əmin edirəm biz sizə yardım edəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR