Bank Of Baku

Azərbaycan sanatoriyalarında 8 500 qaçqın və məcburi köçkün yaşayır

Azərbaycan sanatoriyalarında 8 500 qaçqın və məcburi köçkün yaşayır
# 19 may 2011 08:13 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində bildirib.

S.Mehbalıyev deyib ki, hazırda həmkarlar ittifaqlarının 1 kurort birliyi, 5 sanatoriya, 1 müalicə pansionatı və istirahət evi fəaliyyət göstərir. Bu müəssisələrin 12 600 çarpayı fondundan yalnız 2250-si sanatoriya-kurort müalicəsi və istirahəti üçün istifadə edilir: “Bunun bir səbəbi orada qaçqınların məskunlaşması, çarpayı fondunun bir hissəsinin işğal olunmuş ərazilərdə qalmasıdırsa, bir hissəsi də texniki cəhətdən istismara yararsız olduğuna görə konservasiya edilməsidir. Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın düşmüş soydaşlarımıza kömək məqsədilə sanatoriyalarımızın əksəriyyəti onların ixtiyarına verilib. Hazırda sanatoriyaların 70%-də 8 500-ə yaxın qaçqın və məcburi köçkün yaşayır. Öz torpaqlarından didərgin düşmüş soydaşlarımıza göstərilən kommunal, səhiyyə və digər xidmətlərin xərci əsasən həmkarlar ittifaqları fondlarının hesabına ödənilir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR