Bank Of Baku

Səttar Mehbalıyev: “Ötən il Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına daxil olan şikayətlərin 98,5%-i işçilərin xeyrinə həll olunub”

Səttar Mehbalıyev: “Ötən il Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına daxil olan şikayətlərin 98,5%-i işçilərin xeyrinə həll olunub”
# 19 may 2011 08:19 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA-Economics. “Həmkarlar ittifaqlarının fəaliyyətinin mühüm hissəsini təşkil edən məsələlər sırasında işçilərin əmək hüquqlarının müdafiəsinin həyata keçirilməsidir. Təkcə 2010-cu ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına ümumilikdə daxil olan 158 627 ərizə-şikayətin 98,5%-i işçilərin mənafelərinə uyğun olaraq öz müsbət həllini tapıb”. “APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində bildirib.

S.Mehbalıyev deyib ki, bu dövr ərzində rəhbər işçilər tərəfindən 17 854 nəfər qəbul edilib. Qanunsuz olaraq işdən kənarlaşdırılmış 102 nəfər işçinin hüquqları həmkarlar ittifaqının müdaxiləsindən sonra bərpa edilib. İl ərzində işəgötürənlərin həmkarlar ittifaqlarına müraciət etməsinə baxmayaraq, həmkarlar ittifaqları tərəfindən 452 nəfərin işdən çıxarılmasına razılıq verilməyib: “Həmkarlar ittifaqlarının bu cür prinsipiallıq və obyektivlik göstərməsi, qərəzsiz olması onlara inamı artırır. Bəzi işəgötürənlərin müqavimətinə baxmayaraq, həmkarlar ittifaqlarının bacarığı və fəallığı sayəsində ötən il işəgötürənlərlə 11 890 kollektiv müqavilə və 130 saziş bağlanıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR