Bank Of Baku

Azərbaycan Ankarada keçirilən II Beynəlxalq Sosial Müdafiə Simpoziumunda iştirak edib - FOTO

Azərbaycan Ankarada keçirilən II Beynəlxalq Sosial Müdafiə Simpoziumunda iştirak edib - <font color=red>FOTO</font>
# 19 may 2011 08:35 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Türkiyə paytaxtında keçirilmiş II Beynəlxalq Sosial Müdafiə Simpoziumunda iştirak edib.

DSMF-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, S.Müslümov simpoziumdakı çıxışının əvvəlində bildirib ki, Almaniyanın Düsseldorf şəhərində keçirilmiş “Eurovision-2011” mahnı müsabiqəsində qalib gəlmiş gənclərimizin səhnədə qardaş Türkiyənin dövlət bayrağını dalğalandırması Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fikrinin həqiqiliyini bir daha sübut etdi. O, ölkəmizdə son illər Azərbaycan prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində əhalinin sosial müdafiəsi sahəsində görülən işlərdən, pensiya və müavinətlərin artırılması istiqamətindəki tədbirlərdən söz açıb.

Tədbirdə çıxış edən Türkiyənin əmək və sosial təhlükəsizlik naziri Ömər Dinçər bu ölkədə həyata keçirilən sosial islahatlardan ətraflı danışıb.

Simpoziumun sonunda Ömər Dinçər DSMF sədri Səlim Müslümov və BSTA-nın baş katibi Hans Host Konkalevskiyə plaket təqdim edib.

Azərbaycan nümayəndə heyəti simpozium çərçivəsində Türkiyə Sosial Güvənlik Qurumunun rəhbərliyi ilə də görüşüb, əməkdaşlıq perspektivlərini müzakirə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR