Bank Of Baku

Bakıda “Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı” mövzusunda beynəlxalq konfrans keçirilib

Bakıda “Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı” mövzusunda beynəlxalq konfrans keçirilib
# 19 may 2011 10:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA. Bu gün Bakıda İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM), Avropa Birliyinin Bakı ofisi və Kipr Türk Cümhuriyyətinin Menecment Mərkəzinin təşkilatçılığı ilə «Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı» mövzusunda beynəlxalq konfrans keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev ölkədə vətəndaş cəmiyyəti ilə bağlı keçirilən bütün tədbirlərin vacib olduğunu bildirib.

Onun sözlərinə görə, Azərbaycan Avropaya siyasi inteqrasiya yolunu seçib və bu istiqamətdə işlərini davam etdirir: “Azərbaycan 2004-cü ildə Avropa Birliyinin “Yeni Qonşuluq Siyasəti”nə qoşulduqdan sonra Azərbaycanla Avropa arasında münasibətlər daha da yaxınlaşıb. Əməkdaşlıq çərçivəsində Azərbaycana bir sıra təzyiqlərə məruz qalsa da, Azərbaycan hökuməti hazırda da Avropaya isti münasibət bəsləyir. Azərbaycanın Avropaya olan xoş münasibətini nəzərə alaraq, Şura tərəfindən edilən müsabiqələrin mövzusu da Azərbaycanın Avropa inteqrasiyası və Avropa ilə Azərbaycan arasında əlaqələrin gücləndirilməsinə həsr edilib”.

Deputat Qüdrət Həsənquliyev Azərbaycanda vətəndaş cəmiyyəti qurumlarının böyük gücə çevrildiyini, siyasi partiyalarla müqayisədə vətəndaş cəmiyyəti qurumlarının daha çox inkişaf etdiyini bildirib: “Avropa dəyərlərinin Azərbaycanda təbliği baxımından ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları tərəfindən müəyyən işlər görülüb. İstənilən ölkədə vətəndaş cəmiyyətinin yaradılması üçün müəyyən şərait və dəstək lazımdır”.

Avropa Birliyinin (AB) Bakı ofisinin proqram meneceri Fuad Hüseynov isə qeyd edib ki, 2007-ci ildən indiyədək AB Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üçün həyata keçirilən layihələrə 5 mln. avro həcmində vəsait ayırıb. Bu müddət ərzində 20-yə yaxın müxtəlif layihələr həyata keçirilib.

Qeyd edək ki, tədbirdə AB-nin Vətəndaş Cəmiyyəti Forumunun prezidenti Antonelle Valmorbida, Kipr Aralıq Dənizi Menecment Mərkəzinin direktoru Bulent Kanol, yerli dövlət və qeyri-hökumət, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR