Bank Of Baku

Avropalılar karyeraya görə rüşvət verməyə hazırdırlar

Avropalılar karyeraya görə rüşvət verməyə hazırdırlar
# 19 may 2011 12:16 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Avropanın iri şirkətlərində çalışanların yarıdan çoxu xidməti yüksəlişə nail olmaq üçün rüşvət verməyi eyib saymırlar. «APA-Economics»in məlumatına görə, bu ,«Ernst & Young» şirkətinin keçirdiyi sorğuda məlum olub.

Sorğu göstərib ki, karyera məqsədilə ən çox rüşvət verənlər Rusiya və Yunanıstandan olan işçilərdir. Şirkət işçilərinin öz rəislərinə bahalı hədiyyələr verməyə hazır olmasını göstərən siyahıya Yunanıstan başçılıq edir. Yeri gəlmişkən, işçilərin 1/4-i rəhbərliyin də etik normalara əməl etmədiyini düşünür.

Sorğu göstərib ki, iri şirkətlərin işçilərinin çoxu öz şəraitini yaxşılaşdırmaq üçün işdə yalan danışmağa hazırdırlar. Sorğuda iştirak edənlərin 2/3-si bildirib ki, onların ölkəsində korrupsiya geniş yayılmış haldır, 40% bildirib ki, iqtisadi böhranla əlaqədar olaraq rüşvətxorluqda vəziyyət daha da pisləşib. 53%-in fikrincə, korrupsiya o qədər geniş yayılıb ki, onun qarşısını almaq mümkün deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR