Bank Of Baku

Lənkəranda “Fövqəladə hallarda özünü necə aparmalı?” mövzusunda maarifləndirmə tədbiri keçirilib - FOTO

Lənkəranda “Fövqəladə hallarda özünü necə aparmalı?” mövzusunda maarifləndirmə tədbiri keçirilib - <font color=red>FOTO</font>
# 19 may 2011 12:30 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi Bakı Özəl Türk Liseyinin Lənkəran filialının müəllim və şagirdləri üçün “Fövqəladə hallarda özünü necə aparmalı?” mövzusunda maarifləndirmə tədbiri keçiri.
APA-nın cənub bürosunun məlumatına görə, tədbir təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları, ilkin tibbi yardımın düzgün göstərilməsinin üsul və mexanizimləri, fərdi mühafizə vasitələrindən və ilkin yanğınsöndürmə avadanlığlarından istifadə etmə qaydaları, eləcə də yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə düzgün riayət olunmasına nəzarətin gücləndirilməsi barədə müəllim və şagird heyətinin məlumatlandırılması məqsədilə keçirilib. Tədbirdə Mərkəzin Operativ-reaksiyavermə və əməliyyat-planlaşdırma idarəsinin baş zabiti İzzət İbadov “Yanğının ilkin əlamətləri, ondan qorunma tədbirləri və yanğın zamanı insanların təxliyəsi”, Xüsusi xilasetmə hissəsinin növbə rəisi Paşa Əliyev “Hansı hallarda 112 qaynar xətlə əlaqə saxlamaq lazımdır?”, Mülki müdafiə işinin təşkili şöbəsinin baş zabiti Rövşən Rzayev “Fövqəladə vəziyyətlər haqqında xəbərdarlıq” və Ərazi orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Zaur Hüseynov “Uşaqlar və təhlükəli vəziyyətlər” mövzusunda məruzələrlə çıxış ediblər.
Sonra məktəblilərin fövqəladə hallar sahəsində intellektual səviyyəsini artırmaq məqsədilə 4 qrup arasında “Müxtəlif təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı hansı davranış qaydalarına əməl olunmalıdır?” mövzusunda suallar paylanıb. Sualları tez və düzgün cavablandıran cavablandırılan şagirdlər hədiyyələrlə mükafatlandırılıb.
Tədbirin sonunda Mərkəzin fəaliyyəti ilə bağlı video, foto-slaydlar, müxtəlif xilasetmə alət və avadanlıqlar, ilkin tibbi yardımın həyata keçirilmə yolları, sınıqlar və qanaxmalar zamanı iş üsulları əyani şəkildə nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR