Bank Of Baku

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı: “Dağlıq Qarabağla heç bir əlaqəmiz yoxdur, ola da bilməz”

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı: “Dağlıq Qarabağla heç bir əlaqəmiz yoxdur, ola da bilməz”
# 19 may 2011 13:07 (UTC +04:00)
Bakı. Habil Süleymanov – APA. BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterres Azərbaycana səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib. APA-nın xəbərinə görə, mətbuat konfransında baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da iştirak edib. BMT nümayəndəsi Azərbaycan hökumətinin son illər qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işləri “dünyada analoqu olmayan fəaliyyət” adlandırıb. Ali Komissar qeyd edib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanandan sonra da qurum Azərbaycana əlindən gələn yardımı etmək niyyətindədir.

A. Quterres Ali Komissarlığın Ermənistandakı qaçqınlara ev tikilməsi üçün donorlara müraciət etdiyini açıqlayıb. O, bunu Ermənistanın maliyyə ehtiyatlarının məhdudluğu ilə əlaqələndirib.

A. Quterres Ali Komissarlığın Dağlıq Qarabağda fəaliyyət göstərməsi barədə iddiaları rədd edib: “Heç bir əlaqə yoxdur və ola da bilməz”.

Əli Həsənov isə BMT Ali Komissarının səfərinin humanitardan çox, siyasi əhəmiyyətə malik olduğunu vurğulayıb: “Çünki dünya Azərbaycan məcburi köçkünlərinin problemləri, onların həll edilməsindən xəbər tutacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR