Bank Of Baku

Həkimlərin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb

Həkimlərin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb
# 19 may 2011 13:27 (UTC +04:00)
Bakı. Sevil Valehova - APA. Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli olub. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 18-də urologiya, hematologiya və pediatriya ixtisasları üzrə keçirilmiş imtahanlarda ümumilikdə 106 həkim iştirak edib. İştirakçılardan 1 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstərib. Ümumilikdə isə imtahanlarda iştirak edən həkimlərdən 100 nəfər uğurlu nəticələr əldə edib.
Növbəti proses mayın 25-də dermatovenerologiya və ftiziatriya ixtisasları üzrə keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR