Bank Of Baku

“Azersun Holding” “Mikroblara qarşı “Sun” təmizlik kağızları ilə silahlanaq” layihəsini uğurla davam etdirir - FOTO

“Azersun Holding” “Mikroblara qarşı “Sun” təmizlik kağızları ilə silahlanaq” layihəsini uğurla davam etdirir - <font color=red>FOTO</font>
# 19 may 2011 15:16 (UTC +04:00)
Bakı - APA-Economics. “Azersun Holding” tərəfindən həyata keçirilən “Mikroblara qarşı “Sun” təmizlik kağızları ilə silahlanaq” layihəsi uğurla davam edir.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, bu sosial layihə cəmiyyətin gələcəyi olan körpələrə gigiyena vərdişlərinin aşılanması, təmizlik vərdişlərinin formalaşması məqsədilə həyata keçirilir.

Hər bir vərdişin formalaşdırılmasının kiçik yaşlardan aşılanmasının vacibliyi nəzərə alınaraq ilk dəfə 2008-ci ildə yeni tədris ilinin başlanğıcında Sun paper tualet kağızlarının “Mikroblara qarşı Sun paperlə silahlanaq!” şüarı altında sosial layihə həyata keçirilmişdi. Başlanğıc olaraq kiçik, auditoriyanı əhatə edən layihəyə Bakı şəhərinin hər inzibati rayonu üzrə bir məktəb olmaqla orta təhsil pilləsinin ikinci sinifləri cəlb olunmuşdu.

Azərbaycan Təhsil Nazirliyi və Bakı Şəhər Təhsil İdarəsinin rəsmi icazəsi, Uşaq Teatrının dəstəyi ilə 2008-ci ildə başlanan layihəyə olan böyük maraq və diqqət layihənin daha iki il davam etməsinə təkan verib. İlkin olaraq “Mikroblara qarşı “Sun” təmizlik kağızları ilə silahlanaq” adlı layihə Bakının hər inzibati rayonu üzrə iki məktəbdə keçirilib. 2011-ci ildə isə layihə Azərbaycanın 26 bölgəsini əhatə edib. Hər bir məktəbdə tədbirin sonunda şagirdlərə “Sun” təmizlik kağızları çeşidləri, kitab aralıqları və gigiyena haqqında deyilən məlumatların yer aldığı broşür hədiyyə edilib.
Layihə çərçivəsində 27 məktəb ziyarət edilib və 2000 nəfər şagirdlə ünsiyyət qurulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR