Con Hopkins Universitetində “Azərbaycan Günü” keçirilib
APA-nın məlumatına görə, ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işinə öz töhfələrini verən tələbələr bu silsilədən olan növbəti tədbiri mayın 13-də Vaşinqtonda yerləşən ABŞ-ın nüfuzlu Con Hopkins Universitetinin Aparıcı Beynəlxalq Araşdırmalar Məktəbində keçirib. Tədbirdə Universitetin tələbə və müəllim heyəti ilə yanaşı region üzrə araşdırma mərkəzlərinin mütəxəssisləri, diplomatlar, Dövlət Departamentinin nümayəndələri iştirak edib.
“Azərbaycan Günü”nün təşkilatçısı, Universitetin Beynəlxalq Araşdırmalar Məktəbinin azərbaycanlı tələbəsi Leyla Məmmədli toplantı iştirakçılarını salamlayaraq bildirib ki, “Azərbaycan Günü” Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə, 28 may – Respublika gününə və Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20 illiyinə həsr edilib.
Sonra ARDNŞ təqaüdçüsü L. Məmmədli universitetin tələbə və müəllim heyətinə Azərbaycanın tarixi, iqtisadiyyatı, mədəniyyəti, dünya arenasında yeri və rolu barədə ətraflı məlumat verib. ARDNŞ və Azərbaycanın ABŞ-dakı səfirliyinin dəstəyi ilə keçirilmiş tədbirdə müasir Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən birinə çevrildiyi vurğulanmış, iştirakçılara Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğala məruz qalması haqqında da ətraflı məlumat verilib. Tədbirdə ABŞ-ın Qarabağ Fondunun icraçı direktoru Diana Altman da çıxış edib. O bildirib ki, Azərbaycan nadir tarixə və zəngin mədəniyyətə malik ölkələrdən biridir və bu, amerikalılara da çatdırılmalıdır.
Sonra Amerikada fəaliyyət göstərən “İpək Yolu” rəqs qrupunun üzvləri Azərbaycan milli rəqslərini ifa edib. Qrupun rəhbəri Lorel Viktorya Qrey deyib ki, 16 il bundan əvvəl yaranmış rəqs qrupunun repertuarında Azərbaycan rəqsləri əsas yerlərdən birini tutur. Toplantı Azərbaycan incəsənətinin pərəstişkarı və təbliğatçısı, Amerika Muğam Cəmiyyətinin sədri Cefri Verbaxın ifasında instrumental muğam parçalarından ibarət konsertlə davam etdirilib. Daha sonra Con Hopkins Universitetinin Aparıcı Beynəlxalq Araşdırmalar Məktəbinin dekanı Bonni Uilson çıxış edərək, ali təhsil ocağında oxuyan azərbaycanlı tələbələrin milli mədəniyyətlərini yüksək səviyyədə təmsil etdiklərindən məmnunluğunu ifadə edib. Tədbirin sonunda çay süfrəsi açılıb, iştirakçılar Azərbaycanın milli şirniyyatlarına qonaq edilib. Üzərində Azərbaycanın və ARDNŞ-ın rəmzləri olan xatirə hədiyyələrinin paylanması da tələbə və qonaqlar tərəfindən rəğbətlə qarşılanıb.
“Azərbaycan Günü” Universitet auditoriyasının böyük marağına səbəb olub.
Sosial
“AzerGold” QSC-nin fəaliyyətə başlamasının 10 illiyi münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olunub
Şahbaz Şərif: İslamabad razılaşma memorandumunun imzalanmasında Türkiyənin rolu böyükdür
FHN-in təşkil etdiyi ümumrespublika birinciliyinə yekun vurulub - FOTO - VİDEO
Uşaqların rəqəmsal təhlükəsizliyi dövlət siyasətinin əsas istiqamətlərindən biridir - RƏY
Xəbər Lenti
Rusiyaya Belarusdan benzin idxalı tarixi maksimuma çatıb
Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb
Makron Suriyaya səfər edəcək
Avropada günəş panelləri döşənmiş dəmir yollarının tətbiqinə başlanıla bilər
Türkiyədə meşə yanğını başlayıb
Slovakiyada sabiq baş nazirlərə verilən imtiyazlarla bağlı referendum baş tutmayıb
İsmayıllıda sürücü və sərnişinin öldüyü qəzanın səbəbi məlum olub
Ukrayna Ordusu Krımda hərbi aerodroma və enerji qovşaqlarına zərbə endirib
Rusiya MN: Ukraynanın hərbi aerodromlarına və enerji infrastrukturuna zərbələr endirilib
Yurgen Klopp Almaniya millisinin yeni baş məşqçisi olacaq
II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı keçirilib - YENİLƏNİB
Yeni nəsil dövlət idarəçiləri qabaqcıl süni intellekt həllərini öyrənirlər
İran Hörmüz boğazıyla bağlı dost ölkələr üçün xüsusi şərtlər təklif edəcək
Ukrayna Belqoroda PUA zərbəsi endirib, Qrayvoron dairəsinin rəhbəri ağır yaralanıb
Sabah Bakıda hava küləkli olacaq, rayonlara arabir yağış yağacaq
İsrail BƏƏ-yə “Dəmir Günbəz” sistemi göndərdiyini rəsmən təsdiqləyib
Xamenei ilə vida mərasimi davam edir
64 yaşlı kişi Zəngilanda çayda boğulub - YENİLƏNİB-1
Zərdab sakininin su arxından meyiti tapılıb
Qubada minik avtomobili yük maşınına çırpılıb, 3 nəfər xəsarət alıb - YENİLƏNİB
Rusiya və Ermənistan baş nazirlərinin görüşü olacaq
“AzerGold” QSC-nin fəaliyyətə başlamasının 10 illiyi münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olunub
Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb, qısamüddətli leysan xarakterli olub - FAKTİKİ HAVA
Türkiyədə Qara dəniz sahilində PUA aşkarlanıb
AZAL: Bu gün Naxçıvan reyslərində gecikmələr və təxirə salınmalar nəzərdə tutulur
Tramp: ABŞ çox tezliklə Marsa pilotlu uçuş təşkil edə bilər
Xaçmazda zəlzələ olub
Venesuelada zəlzələ qurbanlarının sayı 2954-ə çatıb
Tramp fırtınaya baxmayaraq Vaşinqtondakı çıxışını ləğv etməyəcəyini açıqlayıb
İsrailin milli təhlükəsizlik naziri həbs olunmaq qorxusu ilə Nyu-York səfərini ləğv edib
Vaşinqtonda Müstəqillik Günü tədbirinin iştirakçıları fırtına səbəbilə təxliyə edilir
Tramp Avropanın üçüncü dünya ölkəsinə çevrildiyini bildirib
DÇ-2026: Fransa 1/4 finala yüksəlib
Zelenski Trampla söhbətdən sonra müharibəyə son qoymaq üçün real perspektiv olduğunu deyib
DÇ-2026: Mərakeş 1/4 finala yüksəlib
Putin və Tramp arasında telefon danışığı olub
Netanyahu: ABŞ və İsrail birlikdə olduqda azadlıq daha da güclənir
FHN əməkdaşları avtomobildə sıxılı vəziyyətdə qalan şəxsi xilas edib - VİDEO
Axios: Tramp Zelenski ilə telefon danışığı aparıb
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 4303 nəfərə çatıb
Rusiyada baş vermiş qasırğa beş yaşlı qızın ölümünə səbəb olub
Tramp: Xameneinin dəfn mərasimində oradakı hamını məhv edə bilərik, amma o zaman danışıqlar aparacaq heç kim qalmayacaq
Ələt-Astara avtomobil yolunun kənarında açıq ərazidə yanğın baş verib - VİDEO
Tramp gələn həftə Netanyahu ilə Ağ Evdə görüşə biləcəklərini deyib
Uitkoff və Kuşner avqustun sonuna qədər Rusiyaya səfər edə bilər
Qazaxda maşın 67 yaşlı qadın piyadanı vurub
Lənkəranda magistralda açıq sahədə yanğın başlayıb
Şahbaz Şərif: İslamabad razılaşma memorandumunun imzalanmasında Türkiyənin rolu böyükdür
Ərdoğan: Türkiyə Pakistanla ticarət dövriyyəsini 5 milyard dollara çatdırmağı hədəfləyir
ABŞ-la İran nümayəndə heyətlərinin növbəti görüşünün tarixi və yeri məlum olub