Bank Of Baku

Goranboyda yeni süd toplama məntəqəsinin açılışı keçirilib

Goranboyda yeni süd toplama məntəqəsinin açılışı keçirilib
# 19 may 2011 16:48 (UTC +04:00)
Bakı-APA. Bu gün Goranboy rayonunun Veyisli kəndində yeni süd toplama məntəqəsinin açılışı keçirilib. APA-nın məlumatına görə, süd toplama məntəqəsi Veyisli kəndində südçülüklə məşğul olan fermerlərə südü kommersiya müəssisələrinə satmağa və bununla da yerli əhalinin gəlirlərini artırmağa imkan verəcək. Süd toplama məntəqəsi kənd əhalisinin dəstəyi ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) “Süd Məhsulları İstehsalçılarına İcma əsaslı Dəstək” layihəsi çərçivəsində qurulub. USAİD-lə yanaşı layihə Britiş Petroleum (BP) və onun tərəfdaşları tərəfindən maliyyələşdirilir və 2009-cu ildən “ÜMİD” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilir.

USAİD-in Azərbaycan üzrə missiyasının İqtisadi İnkişaf şöbəsinin layihə rəhbəri Məryam Ubilava açılış mərasimində yerli əhaliyə müraciət edərkən deyib ki, bu süd toplama məntəqəsi 2000 yaxın kənd əhalisinə süd məhsullarının keyfiyyətini yaxşılaşdırmağa və gəlirlərini artırmağa kömək edəcək.

Yaxın aylarda Azərbaycanın qərb və mərkəzi rayonlarında daha 6 bu cür süd toplama məntəqəsi quraşdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR