Bank Of Baku

ETNS əməkdaşlarının keçirdiyi reyd zamanı Salyan və Neftçala ərazisində 13 sahibsiz qayıq və 15 ədəd tor aşkar edilib

ETNS əməkdaşlarının keçirdiyi reyd zamanı Salyan və Neftçala ərazisində 13 sahibsiz qayıq və 15 ədəd tor aşkar edilib
# 20 may 2011 07:23 (UTC +04:00)
Bakı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elektron poçt ünvanına Mil-Muğan və Baş Şirvan kollektorlarında qanunsuz olaraq balıqların ovlanması ilə bağlı daxil olmuş şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. ETNS mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 28-30-da Salyan və Neftçala rayonları ərazisində Mil-Muğan və Baş Şirvan kollektorlarının Xəzər dənizinə çıxış hissəsinə yaxın yerlərdə keçirilmiş reydlər zamanı 13 sahibsiz qayıq və 15 ədəd tor aşkar edilib. Aşkar olunmuş qayıqların sahiblərinin şəxsiyyətlərinin müəyyənləşdirilməsi və qanunu pozmuş vətəndaşlar barəsində qanunamüvafiq tədbirlərin görülməsi sahəsində işlər davam etdirilir. Mayın 11-də Baş Şirvan kollektorunun Bakı şəhərinin Qaradağ rayonu ərazisində keçirilən növbəti reyd zamanı isə Salyan rayonu Qarabağlı kənd sakini Zülfü Nuriyev torla qanunsuz balıq tutarkən nazirliyin əməkdaşları tərəfindən saxlanılıb və inzibati qaydada məsuliyyətə cəlb olunub. Nazirliyin əməkdaşları tərəfindən reydlər davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR