Bank Of Baku

Həftə sonu Azərbaycan ərazisində hava qeyri-sabit keçəcək

Həftə sonu Azərbaycan ərazisində hava qeyri-sabit keçəcək
# 20 may 2011 08:42 (UTC +04:00)
Bakı. Sevil Valehova - APA. Bakı və Abşeron yarımadasında mayın 21-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, gecə 11-16, gündüz 19-24 dərəcə isti olacaq.

Mayın 22-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Fasilələrlə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 10-15, gündüz 18-23 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 21-də, əsasən, gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi arabir güclənəcək. Gecə 11-16, gündüz 23-28, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacaq.

Mayın 22-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək. Gecə 10-15, gündüz 18-23, dağlarda gecə 4-8, gündüz 11-16 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR