Bank Of Baku

TQDK-nın ali məktəblərə müsabiqədənkənar qəbul olunmaq üçün elan etdiyi müsabiqəyə 52 nəfər sənəd verib

TQDK-nın ali məktəblərə müsabiqədənkənar qəbul olunmaq üçün elan etdiyi müsabiqəyə 52 nəfər sənəd verib
# 20 may 2011 09:03 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbul üzrə Dövlət Komissiyasının ali məktəblərə müsabiqədənkənar qəbul olunmaq üçün elan etdiyi müsabiqəyə 52 nəfər sənəd verib. APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədr müavini Namiq Babayev keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, “Təhsil haqqında” qanuna əsasən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq yarışların, müsabiqələrin qalibləri ali məktəblərə imtahansız qəbul oluna bilər. Lakin indiyə qədər TQDK-ya Dünya Fənn Olimpiadasının qalibi kimi müraciət edən olmayıb. İncəsənət sahəsi üzrə 3 nəfər, idman sahəsi üzrə 49 nəfər beynəlxalq müsabiqə və yarış qalibi testdənkənar qəbul olunmaq üçün TQDK-ya müraciət edib.

N. Babayevin sözlərinə görə, TQDK Gənclər və İdman Nazirlinə, Milli Olimpiya Komitəsinə müraciət edərək sənəd vermiş 49 idmançının iştirak etdiyi yarışların statusunu birgə müəyyənləşdirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR