Bank Of Baku

Ali məktəblərə qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin 80 faizi elektron ərizələrini təsdiq etdirib

Ali məktəblərə qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin 80 faizi elektron ərizələrini təsdiq etdirib
# 20 may 2011 09:08 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “2011-2012-ci tədris ili üçün ali məktəblərə qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin 80 faizi elektron ərizələrini təsdiq etdirib. APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədr müavini Namiq Babayev bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, artıq 74 min 34 abituriyent öz elektron ərizəsini təsdiqləyib. I qrup üzrə 22 min 395, II qrup üzrə 18 min 807, III qrup üzrə 22 min 234, IV qrup üzrə isə 10 min 598 abituriyent ali məktəblərə qəbul imtahanlarında iştirak edəcəyini qeyd edib.

N. Babayev deyib ki, qabiliyyət imtahanlarında iştirak etməklə əlaqədar 4800 nəfər qeydiyyatdan keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR