Bank Of Baku

Bakıda “Tələbələr Azad Sahibkarlıq Fəaliyyətində” - SİFE Beynəlxalq Proqram üzrə Milli Yarışın açılış mərasimi keçirilib

Bakıda “Tələbələr Azad Sahibkarlıq Fəaliyyətində” - SİFE Beynəlxalq Proqram üzrə Milli Yarışın açılış mərasimi keçirilib
# 20 may 2011 09:39 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün “Tələbələr Azad Sahibkarlıq Fəaliyyətində” - SİFE Beynəlxalq Proqram üzrə Milli Yarışın açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasimdə Gənclər və İdman Nazirliyində şöbə müdiri Fərhad Hacıyev, SİFE Globalın Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə regional direktoru , qurumun Azərbaycan nümayəndəliyinin rəhbəri Yusif Məcidov çıxışlarında təməli ABŞ-da qoyulan bu intellektual yarışmanın əhəmiyyətindən danışıblar. Onlar bildirib ki, ən yaxşı biznes layihənin müəllifi olan ali məktəbin komandası 2011-ci ilin oktyabrında Malayziyada keçiriləcək dünya kubok yarışmasında Azərbaycanı təmsil etmək hüququ qazanacaq. Sonra püşkatma keçirilib və Azərbaycanın 14 universitetini təmsil edən komandalar liqalara bölünüb.

Qeyd edək ki, bu intellektual yarış iki gün ərzində keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR