Bank Of Baku

Ali məktəblərə sənəd verən rus bölməsi abituriyentlərinin sayı ötən illə müqayisədə azalıb

Ali məktəblərə sənəd verən rus bölməsi abituriyentlərinin sayı ötən illə müqayisədə azalıb
# 20 may 2011 10:15 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən mayın 22-də keçirəcəyi imtahanda 10275 abituriyent iştirak edəcək. APA-nın məlumatına görə, TQDK sədrinin müavini Namiq Babayev keçirdiyi mətbuat konfransında bildirib ki, “Azərbaycan dili” fənnindən imtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran, Şəki və Quba şəhərlərində keçiriləcək. Bakıda 7154, Naxçıvanda 32, Gəncədə 1515, Sumqayıtda 531, Şəkidə 277, Lənkəranda 209, Qubada 557 abituriyent imtahan verəcək. İmtahan bütün şəhərlərdə saat 14.00-da başlayacaq.

N. Babayev deyib ki, bu il ali məktəblərə sənəd verən rus bölməsi abituriyentlərinin sayı ötən illə müqayisədə azalıb. Ötən il rus bölməsi üçün ilk “Azərbaycan dili” imtahanında 11042 abituriyent iştirak edib.

TQDK-nın sədr müavininin sözlərinə görə, imtahan 45 dəqiqə ərzində aparılacaq və abituriyentlərə 30 test tapşırığı təqdim olunacaq. Hər düzgün cavab bir balla qiymətləndiriləcək. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərməyəcək. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır. Mayın 22-də keçiriləcək imtahanda “qeyri-məqbul” alan abituriyentlər iyunun 26-da keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında təkrarən iştirak edə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR