Bank Of Baku

Azərbaycanda Beynəlxalq Sosial Təminat Assosiasiyasının Əlaqələndirmə Bürosu açilacaq

Azərbaycanda Beynəlxalq Sosial Təminat Assosiasiyasının Əlaqələndirmə Bürosu açilacaq
# 20 may 2011 10:29 (UTC +04:00)
Bakı. Sevil Valehova - APA. Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Aropa Şəbəkəsinin Rəhbər Komitəsinin sədri, Polşa Sosial Sığorta Təşkilatının prezidenti Zbiqnev Derdzyukun rəhbərlik etdiyi missiya Azərbaycanda səfərdədir. APA-nın məlumatına görə, səfər çərçivəsində Azərbaycanın inkişaf etmiş Avropa ölkələri ilə bir sırada üzv olduğu BSTA-nın Avropa Şəbəkəsinin yaxın gələcəkdəki fəaliyyəti, Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə Polşa Sosial Sığorta Təşkilatı arasında gələcək əməkdaşlıq, sosial sığorta və pensiya təminatı sahəsindəki islahatlar, bu sferada İKT-nin tətbiqi, kadr potensialının inkişaf etdirilməsi, Avropada əmək fəaliyyəti ilə məşğul olan azərbaycanlıların gələcək pensiya təminatı və s. məsələlər müzakirə ediləcək.

Bu gün DSMF-da Polşa nümayəndə heyəti ilə görüş keçirilib. DSMF-nın sədri Səlim Müslümov jurnalistlərə bildirib ki, hazırda Avropa İttifaqının 6 ölkəsi - Azərbaycan, Ukrayna, Moldova, Belarus, Gürcüstan və Ermənistanla qonşuluq siyasəti proqramları mövcuddur. Polşa Sosial Sığorta Təşkilatı istəyir ki, həmin proqram çərçivəsində Avropa İttifaqı Azərbaycanda sosial təminatla bağlı layihə həyata keçirsin. Nümayəndə heyəti ilə bu məsələ müzakirə ediləcək.

S.Müslümov polşalı qonaqlarla müzakirə ediləcək digər vacib məsələnin isə yaxın bir ay ərzində Azərbaycanda açılması nəzərdə tutulan BSTA-nın Əlaqələndirmə Bürosu ilə bağlı olduğunu qeyd edib: «Bu iş Avropa Şəbəkəsi çərçivəsində baş tutacaq. Avropa Şəbəkəsinin rəhbəri kimi cənab Derdzyuk buna da baxacaq. O, vəziyyət barədə Avropa Şəbəkəsinin komitəsində məruzə ilə çıxış edəcək. Qərarın qısa müddətdə reallaşdırılması bu məruzədən asılı olacaq».

Missiya Azərbaycanda çalışan Polşa vətəndaşlarının sosial təminat hüquqlarının təmin edilməsi istiqamətində vəziyyəti öyrənmək məqsədilə sabah bölgələrə səfər edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR