Bank Of Baku

TQDK ədliyyə, vergi və miqrasiya orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanları keçirəcək

TQDK ədliyyə, vergi və miqrasiya orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanları keçirəcək
# 20 may 2011 10:32 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 21-də ədliyyə, mayın 22-də isə dövlət vergi və miqrasiya orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanları keçirəcək. APA-nın məlumatına görə, TQDK sədrinin müavini Namiq Babayev bildirib ki, ədliyyə orqanlarında işləmək istəyən namizədlərin sənədlərinin qəbulu Ədliyyə Nazirliyi tərəfindən aparılıb və 258 nəfərin namizədliyi qeydə alınıb. İmtahanda maksimal bal 90-a bərabərdir. 55 və daha artıq bal toplayan namizədlər müsabiqənin keçid mərhələsinə söhbətə buraxılacaqlar.

N. Babayev deyib ki, miqrasiya orqanlarına qəbul olunmaq istəyən 528 nəfərin namizədliyi qeydə alınıb. İmtahan nəticəsində ümumi balı 70 və daha artıq olan namizədlər növbəti mərhələyə buraxılacaqlar.

Vergi orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanında iştirak etmək istəyən 1618 nəfərin namizədliyi qeydə alınıb. İmtahan nəticəsində ümumi balı 70 və daha artıq olan şəxslər növbəti mərhələyə buraxılacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR