Bank Of Baku

Zbiqnev Derdzyuk: «Avropa ilə müqayisədə Azərbaycan demoqrafik məsələlərdə daha yaxşı vəziyyətdədir»

Zbiqnev Derdzyuk: «Avropa ilə müqayisədə Azərbaycan demoqrafik məsələlərdə daha yaxşı vəziyyətdədir»
# 20 may 2011 11:24 (UTC +04:00)
Bakı. Sevil Valehova - APA-Economics. «Polşada bir çox ölkələrdən xeyli sayda əmək miqrantları var, o cümlədən Azərbaycandan. Avropa İttifaqının qanunvericiliyinə uyğun olaraq həmin insanlara sosial sığorta xidmətləri göstəririk». Azərbaycanda səfərdə olan Polşa Sosial Sığorta Təşkilatının prezidenti Zbiqnev Derdzyuk bunu APA-nın Polşada yaşayan azərbaycanlıların sosial təminatı ilə bağlı sualını cavablandırarkən deyıb.

Z.Derdzyuk bildirib ki, ölkəsi əmək miqrantlarının bütün sosial sığotra məsələlərini həll etməyə çalışır: «Baxmayaraq ki, 2008-ci ildə maliyyə böhranı başlayıb və bir çox problemlərlə üzləşdik. Amma buna baxmayaraq, hökumət bütün imkanlarını səfərbər edərək üzərinə götürdüyü öhdəlikləri həll etməyə çalışır».

Z.Derdzyuk onu da qeyd edib ki, Avropa ölkələri ilə müqayisədə demoqrafik məsələlərdə Azərbaycan daha yaxşı vəziyyətdədir: «Avropa ölkələri demoqrafik problemlə üzləşib. Çünkü əhalinin sayı getdikcə azalır, eyni zamanda yaşlı əhalinin sayı artır. Ömür uzunluğunun yüksək olması Avropa ölkələrini vəziyyətdən çıxarır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR